Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahimoviç: "Koronavirusun mənə meydan oxuması yaxşı fikir deyil"

İtaliyanın "Milan" klubununun futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, özünün "Twitter" hesabında paylaşım edən isveçli hücumçu bugünkü test nəticəsinin müsbət çıxdığını yazıb.

38 yaşlı forvard xəstəliyi simptomsuz keçirdiyini bildirib: "Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır".

Ötən gün "Milan"ın braziliyalı müdafiəçisi Duartedə infeksiya aşkarlanıb. Bundan sonra bütün kollektivin test verməsi qərara alınıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç bu gün Norveç "Bodo Qlimt"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin qarşılaşmasını buraxacaq. "San Siro" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »