Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali məktəblərə keçid ballarının aşağı salınmasına ekspertdən reaksiya

Son illər üzrə minimal keçid balları aşağı düşüb. Keçid ballarının aşağı düşməsi müzakirələrə səbəb olub.

Xəzər Universitetinin dövlət sifarişli Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisası üzrə keçid balı 68 bal, Bakı Dövlət Universitetin dövlət sifarişli Beynəlxalq Münasibətlər ixtisası üzrə keçid balı 283 bal, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dövlət sifarişli Turizm işinin təşkili üzrə keçid balı 207 bal olub.

Məsələ ilə bağlı olaraq təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Bizimyol.info-ya bildirib ki, universitetlərin plan yerini doldurmaq üçün müraciət edən şəxslərin ali məktəblərə qəbul edilməsi yanaşması doğru deyil.

Elçin Əfəndi Elçin Əfəndi

Ekspert Dövlət İmtahan Mərkəzinin keçid ballarını aşağı endirməsini məqsədəuyğun hesab etmir: “150 ballıq ixtisasların yaradılması gələcəkdə kadr problem yarada bilər. Təhsilin keyfiyyətini yüksəltməliyik ki peşəkar ixtisaslı kadrlar yetişə bilsin. Plan yerini doldurmaqdan ötrü müraciət edən şəxslərin hər birini ali təhsil müəssisəsinə qəbul edilməsi doğru yanaşma deyil. Ən aşağı bal 250 bal müəyyən olunmalıdır. Əks halda biz gələcəkdə aşağı balla tələbə adının verilməsinin fəsadları ilə rastlaşacağıq”.

Ekspert deyib ki, bu il ikinci ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərin ali məktəbə qəbul olması daha əlçatan oldu: “O ki qaldı 68 bala univerisetetə qəbul olmağa… 100 ballıq sistemlə kollec məzunları, yəni subbakalavrlar imtahan vermədən ali təhsil müəsisəsinə qəbul olublar. Bu, onların haqıdır”.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »