Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident AQTA-nın səlahiyyətlərini artırıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.14-2-ci yarımbənd əlavə edilsin:

“3.0.14-2. ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək”.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »