Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbhəyə könüllü yazılanlarla bağlı sorğuya Səfərbərlik Xidmətindən cavab

“Könüllü olaraq ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlərlə bağlı son statistikanın kütləvi informasiya vasitələrinə (KİV) açıqlanması məqsədəuyğun hesab edilmir”.

Bu barədə Bizimyol.info-nun informasiya sorğusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən cavabda bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Qeyd edilib ki, Azərbaycan Respublikasının “Hərbi vəzifə və həbi xidmət haqqında” Qanununun 45.1. maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Xatırladaq ki iyul ayında könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Könüllülər həm elektron qaydada, həm də qurumun qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Ramid İbrahimov

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »