Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü zamanı deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri münaqişənin nizamlanması prosesinə maneə törədir.

Lavrovun bu fikri illər öncə də səslənmişdi, indi nədən yeni ideya kimi cəmiyyətimizdə ajiotaja səbəb olub? Lavrov 5 rayonun azad olunmasından danışarkən, Şuşa, Kəlbəcər və Laçının taleyi barədə fikir söyləməyib. Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir? Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək ruhunu bilərək “Paşinyan sözümüzə qulaq asmır” açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə riskini azaltmağa çalışırmı?

Bizimyol.info-nun suallarını Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli cavablandırır:

Əziz Əlibəyli Əziz Əlibəyli

“Lavrovun işğal altında olan 5 rayonumuzun azad edilməsilə bağlı təklifi, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır. Lavrovun 5 rayonun qaytarılması ilə bağlı səsləndirdiyi təklif əslində yeni deyil. Rusiya hələ 1993-cı ildə bu təklifi səsləndirmişdi. Bolton planına qarşı Lavrov planını təklif eləmişdi. 5 rayon qaytarılsın, Qarabağla bu rayonlar arasında Rusiya sülhməramlıları yerləşdirilsin. Rusiya rəhmətlik Heydər Əliyevin dönəmində də bu söhbəti gündəmə gətirmişdi. O isə “Şuşasız Azərbaycan olmaz” deyə imtina eləmişdi. İndi tərəflərin hərb ritorikası fonunda Rusiya təkrarən qabaqlayıcı tədbir görərək bu təklifi səsləndirib. Çünki, Türkiyə ordusnun bir güllə ataması bu bölgədə Rusiyanın nüfuzuna ciddi zərbə vurar . Eyni zamanda bütövlükdə bunun əks-sədası Rusiya ərazisindəki türk xalqları arasında ciddi reaksiya verər. Hesab edin ki, türk ordusunun iştirakı ilə azad edilmiş bir kənd bütövlükdə Rusiyanın bu bölgədə məğlubiyyətini şərtləndirər və həmin məğlubiyyət yalnız Ermənistanla bitməyib bütün imperiya ərazisinə sıçraya bilər. Ona görə, bu 5 rayon məsələsi yenidən meydana gətirildi. Çünki Azərbaycan silahlanmanı artırır, digər tərəfdən səfərbərlik həyata keçirir, prosseslər genişlənməkdədir. Bunun fonunda Ermənistan ordusu hansı gücə malikdir? Bizim ordumuzdan qat- qat zəifdir. Rusiya bu təkliflə qabaqlayıcı və preventiv addım atıb.”,- deyə ekspert qeyd edir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »