Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1 850 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 618, bu günə qədər isə ümumilikdə 1 080 873 test icra olunub.

Son xəbərlər
Bütün xəbərlər »