Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dialoq – dinc yanaşı yaşamağın yeganə yolu

BMT Baş Assambleyasının 75-ci sessiyasında müzakirə olunan məsələlərdən biri də Mərkəzi Asiyada yer alan proseslər olub. Qeyd olunub ki, bu post-sovet məkanında cərəyan edən hadisələrin əsas təkanverici qüvvəsi Özbəkistan və bu ölkədə baş verən inkişafdır.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib ki, ölkə yalnız daxili siyasət deyil, beynəlxalq siyasət sahəsində də uğurla irəliləməkdədir.

Şavkat Mirziyəyev Şavkat Mirziyəyev

"Özbəkistan pozitiv tendensiyalara köklənən yeni dünya düzəninin qurulmasında iştirak etməyə hazırdır", - söyləyən dövlət başçısı bu iddiasını əsaslandırmaq üçün 10-dan çox mühüm təşəbbüs və təklif irəli sürüb. Pandemiya dövründə dövlətlərin könüllü öhdəlikləri haqqında Beynəlxalq Kodeksin qəbul olunması ideyasını dəstəkləyən Özbəkistan lideri həmçinin BMT Baş katibi A. Quttereşin gələn il ərzaq sistemləri üzrə sammit keçirmək fikrilə də razılaşdığını söyləyib.

Özbəkistan tam müstəqil dövlətdir. Enerji və ərzaq təhlükəsizliyi məsələlərinin lazımi səviyyədə həllinə müvəffəq olub. Dünya dövlətlərinin maraqlarının toqquşduğu mürəkkəb bir regionda yerləşməsinə baxmayaraq Özbəkistan fiziki təhlükəsizliyini də tamamən təmin edib. Bununla belə rəsmi Daşkənd qloballaşan dünyanın qarşısında duran strateji vəzifələrin yeni formatda yerinə yetirilməsində iştirak etmək əzmindədir.

Dövlət başçısının sözlərinə görə, Daşkənd xeyli vaxtdır Mərkəzi Asiyada sabitliyin qorunması uğrunda mübarizə aparmaqdadır. Region onilliklər boyu Əfqanıstan kimi ciddi problemlə qarşılaşsa da Daşkənd öz missiyasını uğurla davam etdirir. Bu istiqamətdə məqsədyönlü fəqaliyyət göstərən özbək lideri əldə etdiyi müsbət nəticələrlə kifayətlənmir, problemin yeni tənzimlənmə mexanizmləri üzərində lazımi səylər göstərir. Bu dəfə Ş.Mirziyoyev Əfqanıstan üzrə beynəlxalq əməkdaşlığın yeni formatını təklif edib. O deyib ki, Əfqanıstandakı hər hansı dəişikliklərə operativ reaksiya vermək məqsədilə BMT yanında daimi komitə yaradılmalıdır. Belə bir komitə olsa ölkədəki ictimai-siyasi qüvvələr arasında dialoqun sürətlənməsinə də şərait yaranacaq. Dialoq meydanının genişlənməsi isə o deməkdir ki, tərəflər bütün əsas və mühüm məsələlərdən vaxtında xəbərdar olacaqlar.

Özbəkistan prezidenti həmçinin təklif edib ki, gələn il Xivədə YUNESKO xətti ilə “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişmə nöqtəsində” adlı beynəlxalq forum keçirilsin. Bu isə o deməkdir ki, sivilizasiyalararası dialoq yalnız keçmiş ənənələrin davamı kimi yox, daha çox zamanın tələbi kimi dəyərləndirilir. Demək bu minvalla Mərkəzi Asiyada tərəflər bir-birini eşidəcəklər. Yaşamağın, yanaşı yaşamağın, yanaşı və dinc aşamağın başqa alternativ yolu hələ ki yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »