Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat oğlunun avtomobil kolleksiyası iddialarına cavab verdi - Bu nə zamandan qanunsuzluq olub?

Sosial şəbəkələrdə Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin bahalı avtomobillərdən ibarət kolleksiyası barədə məlumat dərc edilib. Məlumatı mühacirətdə olan jurnalist Həbib Müntəzir yayıb.

“Bu gördüyünüz cavan oğlan, 27.02.1997 təvəllüd Əli Adil oğlu Əliyevdir. O deputat, Milli Məclisin sədr müavini Adil Əliyevin oğludur. Dövlət nişanlı 99-HA-999 nömrə ilə bir neçə maşına sahibdir. Bildiklərim bunlardır, BMW X5 M, Porsche Panamera GTS və Jiquli VAZ-2107 (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə Cadillac Escalade sürür. Bəzən nömrəni BMW X5 M dəyişərək də qanunsuz olaraq istifadə edir.

Xalq üçün qanunlar tətbiq edən, qanunun aliliyindən danışan deputatın, həm də polis polkovnikinin övladı qanunsuzluq edərək avtomobillər istifadə edir. Hələ mən onu demirəm ki, bu qədər vəsaitlər hardandır ki, 23 yaşlı cavanın avtomobil kolleksiyası var? “,- deyə o bildirib.

Adil Əliyev

Həbib Müntəzirin paylaşımına cavab özünü çox gözlətməyib. Deputat Adil Əliyev olunun avtomobil kolleksiyasının olmadığını bəyan edib.

“Avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli, nömrə mövcüddü. Ancaq avtomobil kolleksiyası mövcüd deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobillə vurmaq olar? Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub. Cəmi iki köhnə avtomobil . Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da BMW-si var. Küçələr doludu köhnə işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz. Heç olmasa, məlumatı verən adamlardan soruşardınız.

Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən. Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir-tikintidə iştirak etməmişik. Ona görə də, bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizlərin vasitəsilə həyata keçirirlər. Sizlər də bu yalanların alətinə çevrilirsiniz... Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq sizlərin yalan üzərində qurduğunuz oyunlar, cinayətdən başqa bir şey deyil”.

Son xəbərlər
Bütün xəbərlər »