Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbul imtahanlarında rus dilli abituriyentlərə niyə daha çox şans verilir?

Bu gün minlərlə ailə sevinc yaşayır. İmtahan nəticələri bəlli oldu, kimin hansı təhsil ocağında təhsil alacağı müəyyənləşdi. Tələbə adı sevinci yaşayan onminlərlə gənc və bu yolda onlar qədər əziyyət çəkmiş valideyn və müəllimlər var. Amma ödənişli əsaslarla təhsil almaq imkanı yaranıb, yararlana bilməyən. Sevinci yarım qalanlar da az deyil.

“Tibb Universitetinin eyni fakültələrinin Azərbaycan və rus bölmələrinə keçid balları arasında 200 baldan artıq fərq var. Hətta eyni sayda balla Azərbaycan bölməsinə ödənişli əsaslarla daxil olmaq mümkün olmasa da, rus bölməsinə ödənişsiz şərtlə daxil olmaq mümkün imiş”.

Bu fikirləri Bizimyol.info-ya Tibb Universitetinin müəllimi Fuad İslamzadə səsləndirib.

“Bəs bunların müqabilində övladını orta məktəbdə rusca oxutduran valideynləri niyə qınayırıq? Mövcud vəziyyətdə ölkə vətəndaşlarının ali məktəbə qəbulu eyni siyahı üzrə keçirilsəydi, rus bölməsinə daxil olanların sayı tədricən azalar, orta məktəblərin rus bölmələrinə tələbat da get-gedə aşağı düşərdi”,- deyə qocaman müəllim bildirib.

Qəbul balı ayrı hesablanır, universitetə daxil olduqdan sonra hər şey bərabərləşir. Yəni, 500 bal yığan rus sektoru ilə, 600 bal yığan az. sektoru eyni təhsili alır, ancaq azərbaycan dilində oxuyanlar pul verir, rus dilində oxuyanlar yox.

Valideynlərdən bir çoxu bunu ədalətsilik, düzgün olmayan yanaşma kimi qiymətləndirir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »