Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zalkaliani: "Gürcüstan Azərbaycanın narahatlığını bölüşür"

"Gürcüstan Azərbaycanın Ermənistanla dövlət sərhədində baş verən son gərginliklərlə bağlı narahatlığını bölüşür".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazirin sözlərinə görə, vəziyyətin deeskalasiyası üçün irəli addımlar atılmalıdır: "Gərginliyin aradan qaldırılması prosesinə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır".

D.Zalkaliani deyib ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində bildirib ki, Azərbaycan hər zaman Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə birmənalı və qəti şəkildə dəstəyini ifadə edir.

Son xəbərlər
Bütün xəbərlər »