Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qohumları Həbib Nurməhəmmədovun döyüşünə buraxılmayacaq

Qohumları Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə döyüşündə iştirak edə bilməyəcəklər.

"Report"un məlumatına görə, bu barədə 32 yaşlı idmançının meneceri Rizvan Maqomedov TASS-a açıqlamasında deyib.

O bildirib ki, turnir azarkeşsiz keçiriləcəyindən, görüşlərə əlavə şəxslər buraxılmayacaq. Menecer hazırda təhlükəsizliyin prioritet olduğunu söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turniri zamanı gerçəkləşəcək.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı
››› Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İyunun 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »