Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçu "Neftçi"nin xahişi ilə millimizdən kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”dən dəvət edilən Fərid Yusiflinin əvəzinə "Keşlə"nin oyunçusu İbrahim Novruzov toplanışa dəvət olunub.

Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında bildirib ki, bu "Neftçi"nin xahişinə əsasən, həyata keçirilib. Federasiya rəsmisi klubda zədəli oyunçu olduğu üçün 18 yaşlı yarımmüdafiəçiyə ehtiyac duyulduğunu söyləyib.

Qeyd edək ki, U-19-un toplanışı sentyabrın 30-dək davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »