Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda FETÖ terror təşkilatının üzvlərinə qarşı daha bir əməliyyat keçirilib

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinənlərin saxlanılması istiqamətində əməliyyatlar davam edir. Bu istiqamətdə daha bir genişmiqyaslı əməliyyat İstanbulda keçirilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, 27 fərqli ünvanda paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatı ilə əlaqə saxlamaqda şübhəli bilinən 33 nəfərin yeri bəlli oldub.  Keçirilən əməliyyat zamanı onların böyük əksəriyyəti saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »