Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceymstaun Fondu: Livan ermənilərinin Qarabağa yerləşdirilməsi sülhə təhddir

ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında Livan ermənilərinin qanunsuz olaraq işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsi haqqında məqalə dərc edilib.

Bu barədə "Report"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Mərkəzini eksperti Vasif Hüseynovun müəllifi olduğu “Livan ermənilərinin işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsi sülh prosesin təhdiddir” başlıqlı məqalədə bu prosesin regionda gərginliyi daha da artırdığı vurğulanıb.

Müəllif qeyd edib ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edən Ermənistan həmin ölkədə yaşayan ermənilərə kömək adı ilə 100-150 erməni ailəni işğal edilmiş Azərbaycan torpalqarında yerləşdirə biləcəyini elan edib və avqustun 25-də artıq 2 erməni ailəsinin bölgəyə gətirildiyi xəbər verilib. Müəllif bildirir ki, yerli mətbuatın yaydığı məlumata görə, daha 15 erməni ailənin Dağlıq Qarabağ və ətraf rayonlara gətirilməsi planlaşdırılıb.

V.Hüseynov Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevə istinad edərək ermənilərin işğal edilmiş torpaqlarda yerləşdirilməsinin həm beynəlxalq hüquqa, həm də Ermənistanın öz qanunvericiliyinə zidd olduğunu bildirib. O, əlavə edib ki, bu ilk dəfə deyil ki, Azərbaycan Ermənistan tərəfindən bu növ təxribatla üzləşir. Belə ki, Suriyada böhran başlandıqdan bir müddət sonra da 15 min suriyalı erməni Ermənistanda sığınacaq üçün müraciət edib və onların bir hissəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilib.

Sonda V.Hüseynov ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların Ermənistanın qanunsuz əməllərinə ciddi təsir edə bilməməsinin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »