Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onlayn dərs problemləri şagirdlərin dilindən - Müəllim dərsə girə bilmir

Bakının 59 saylı məktəbinin şagirdi Leyla Məmmədova.

-Leyla, neçədə oxuyursan?

-8-ci sinifdə. Buna oxumaq demirlər ki. Məktəb üçün darıxıram.

- Evdə onlayn dərslərdən razısan?

- Yox. Məktəbin yerini vermir. Bütün dərsləri keçmirik. Müəllim ev tapşırığı verir, düzdür, biz yazırıq, amma o yoxlaya bilmir, sual – cavab edilmir. 35 dəqiqə vaxt ayrılır, dərsə düzgün zaman qalmır. Uşaqların çoxusu dərsə girir, yaşıl işıq yanır, müəllim elə bilir, şagird dərsdədir, amma çıxıb gedirlər oynamağa.

- Başqa nələrdən narazısan?

- İnternet kəsilir, müəllim dərsdə olmadığını görürsə qayib yazır. Bir çox dərsləri keçmirlər. Tarix müəllimimiz yaşlı adamdır, internetdən başı çıxmır deyə girə bilmir, keçmir dərsi. Əsəbləşir.

Növbəti müsahibim Ucarda , kənddə yaşayan 13 yaşlı Rəhimdir.

-Onlayn dərslərə girə bilirsən?

-Yox. İnternet yoxdu. MB yükləyirik, o da çatmır. Bir dərsin yarısına qədər girə bilirəm. Tez – tez internet yükləməyə atamın pulu yoxdu.

Eyni kənddən olan Həsənov Mübariz

- Mübariz onlayn dərslərə qoşula bilirsən?

- Yox. Bizdə telefon bircə atamdadır, o da evdə olmur. Həm onun telefonu köhnədir, işə yaramır.

Cavad Hüseynov

- Bizdə anamda da telefon var. Amma mənimlə birlikdə evdə 3 şagird var. Birimiz qoşulanda o biri qoşula bilmir. Telefon üstündə dava edirik. Ona da internet çatmır. Hərəmizə bir telefon almağa imkan yoxdu ki. Atam da , anam da işləmir. Jurnalist bibi, bizim kənddə heç kim koronavirus olmadı axı. Bizi niyə dərsə buraxmırlar? Mən böyüyüb komandir olmaq istəyirəm, amma indi yoldaşlarımdan geri qalıram.

Bu əslində bir uşağın dilindən səslənən kiçik bir üsyandır. Mart ayından bu günə qədər karantin şəraiti davam edir. Bütün yay ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müasir dövrün tələblərinə uyğun internetlə təchizat məsləsini həll etməliydi. Azərbaycan yalnız Bakıdan ibarət deyil. Pandemiya bir il, iki il davam edə bilər.Və ya yeni bakterioloji silah hücumuna məruz qala bilərik. Dünyanın bir başında 5G texnologiyaların tətbiqindən söz gedərkən biz ibtidai icma quruluşundakı kimi hiss etməməliyik. Heç kimin bu uşaqların arzuları, gələcəyi ilə oynamağa ixtiyarı yoxdur.

İlhamə

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »