Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada COVID-19-a yoluxanların sayı 32 milyon ötüb

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon nəfəri ötüb.

Bizimyol.info xəbər verir ki, “Worldometer” saytının verdiyi məlumata görə, sentyabrın 22-da dünyada 276 min 575 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 713 nəfər isə dünyasını dəyişib.

İndiyədək dünyada koronavirus infeksiyasına 32 milyon 110 yoluxma və 978 min 985 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 23 milyon 556 min 281 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 464 min 844 xəstədən 62 min 225 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 7 milyon 119 min 713 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 5 milyon 727 min 750 nəfər. Braziliyada 4 milyon 602 min 241 nəfər, Rusiyada 1 milyon 122 min 241 nəfər, Kolumbiyada isə 777 min 537 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 206 min 67 nəfər. İlk beşliyə daxil olan Braziliyada 138 min 410, Hindistanda 91 min 163, Meksikada 74 min 348, Birləşmiş Krallıqda isə 41 min 862 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »