Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Joze Mourinyo: "Beylin gedişindən Zidan da məmnundur"

İngiltərə "Tottenhem"inin baş məşqçisi Joze Mourinyo futbolçu Qaret Beylin İspaniya "Real Madrid"indən icarəyə götürülməsi barədə qərarı şərh edib.

"Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis uelsli yarımmüdafiəçinin London komandasına qayıdışına sevindiklərini bildirib.

"Beyl gələn mövsüm də "Tottenhem"də qalsa, hamı xoşbəxt olacaq. Zidanla danışmamışam, amma əminəm ki, o da Qaretin gedişindən məmnundur. Bizim kimi, futbolçunun özü də yenidən burada olmağa razıdır. Ümidvaram ki, mövsümün sonunda hamımız razı olacağıq və o, bizimlə qalacaq".

Mourinyo hər zaman Beyli diqqətdə saxladığını da vurğulayıb: "Qaret bilir ki, onu özüm "Real Madrid"də işlədiyim vaxt istəyirdim. Amma həmin vaxt bu, mümkün deyildi. Beyli "Mançester Yunayted"ə də gətirməyə cəhd edirdik. Özü də bundan xəbərdardır. O, bir oyunçu kimi xoşuma gəlir, aramızda xoş münasibət var. Lakin Qaret Beyl olduğu üçün yox, özünü layiqli oyunçu kimi göstərməkdən ötrü meydana çıxacaq".

Qeyd edək ki, Qaret Beyl 2007 - 2013-cü illərdə də "Tottenhem"in formasını geyinib. Daha sonra o, həmin vaxt üçün rekord məbləğə - 101 milyon avroya "Real Madrid"ə keçib. Hazırda 31 yaşlı oyunçu zədəli olduğu üçün "Tottenhem"in heyətində 4 həftədən sonra debüt edəcək.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər
››› Göründüyündən də böyük hadisə
››› Bayden G7 sammitində protokolu pozub
Son xəbərlər
Bütün xəbərlər »