Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç karantindən imtinaya görə peşman oldumu... - Video

Dünya Səhiyyə Təşkilatı pandemiya elan edəndən İsveç karantindən imtina etmək qərarına gəldi.

Təşkilatın tövsiyələrinə, bəzi hallarda təzyiqlərinə baxmayaraq, Skandinaviya ölkəsi qadağalar tətbiq etməkdən boyun qaçırdı. İndi əsas sual odur ki, İsveç karantindən imtinaya görə peşman olubmu?

Bizimyol.info xəbər verir ki, şimal ölkəsinin küçələrində gəzərkən epidemiya əlamətləri nəzərə çarpmır. “Euronews”un əməkdaşları ən əsas suala cavab tapmağa çalışıblar. Görünən odur ki, koronavirus isveçliləri ciddi narahat etməyib. Küçədə nadir hallarda maska taxan adama rast gəlmək olar. Mağazalar, restoranlar, təhsil müəssisələri heç vaxt bağlanmayıb.

İsveçdə ən çox yayılan fikir budur ki, karantin qaydaları tətbiq edilsəydi, ölkə iqtisadiyyatı ciddi sıxıntı yaşayacaqdı. Heç qadağa yoxdumu? Var, amma buna qadağa demək olmaz. Hökumət daha çox tövsiyələrlə çıxış edir. Məsələn, məsləhət görülür ki, insanlar daha çox evdən işləsin, bir yerdə 50 nəfərdən çox toplanmasın.

İlk baxışdan İsveçdəki epidemiya göstəricilərini qənaətbəxş saymaq olmaz. Çünki ölənlərin sayı qonşu Danimarkadan, Norveçdən, Finlandiyadan yüksəkdir. Amma adambaşına düşən yoluxma sayı bədbinliyə əsas vermir. Karantinsiz həyatın tərəfdarlarından olan baş epidemioloq Anders Teqnell də çox kefini pozmur: “Biz bu xəstəlikdən tam qurtula bilməyəcəyik. Buna görə də əsas məqsəd virusu nəzarət altında saxlamaqdır. Hələlik biz buna müyəssər oluruq. Səhiyyə sistemimiz viruslu xəstələrlə yüklənməyib. Vaksin gələndən sonra lap yaxşı olacaq”.

Virusa yoluxan isveçlilər isə belə düşünmür. Onlar hökuməti tənqid edir. Emma Martensson sağalsa da, hələ də yaxşı nəfəs ala bilmir: “Biz təhlükəni vaxtında etiraf etməliydik”.

Son xəbərlər
Bütün xəbərlər »