Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dollar və avro qonşu ölkədə rekordlar qırır

Türkiyə lirəsi ilə bağlı heç nikbin düşünmək olmur. Qardaş ölkə valyutası gücünü sürətlə itirir.

Bizimyol.info xəbər verir ki, dollar Türkiyədə rekordlar qırır. Sentyabrın 23-də axşama doğru 7.71 məzənnəsi qeydə alınıb. Lirə heç vaxt ABŞ dolları qarşısında bu qədər gücsüz olmamışdı. Təsəvvür edin, ilin əvvəlində Türkiyədə dolları 6 lirədən baha satmaq olmurdu.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

Əslində, bütün Qərb valyutalarının məzənnəsi artır. Avro Bakı vaxtı ilə saat 19.02-də 9 psixoloji həddinə çatıb. Bununla Avropa valyutası da Türkiyədə rekordunu rəsmiləşdirib.

Türkiyə Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı

Lirənin dəyər itirməsi ilə bağlı səbəblər haqda çox yazılıb. Türkiyə Mərkəzi Bankının siyasəti qənaətbəxş olmayıb. Faiz dərəcəsinin kəskin azaldılması işin xeyrinə işləməyib. Üstəlik, iqtisadiyyatdakı qeyri-sabitlik də lirəyə zərbə vurur.

Son xəbərlər
Bütün xəbərlər »