Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiya vətəndaşlarına və şirkətlərə sanksiyalar tətbiq etdi

ABŞ Rusiyada yaşayan və ölkəni tərk etmiş 8 nəfərə, Rusiya və Finlandiyadakı 7 təşkilata sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında deyilir. Sanksiyalar kibercinayətkarlıq, ABŞ-da seçkilərə müdaxilə və Ukraynadakı vəziyyətlə əlaqədar tətbiq olunub.

Rusiyada məhdudiyyət qoyulan şəxslər Boris Qaykoviç, Yelena İvanova, Nadejda Kuçumova, Vladislav Zanindir. Onlar hamısı Sankt-Peterburq sakinləridir. Mərkəzi Afrika Respbulikasında olan Aleksandr Kuzin, Dmitri Sıtıy və Yevgeni Xodotov, Finlandiyada yaşayan Nikita Kovalevski də sanksiya qoyulanlar siyahısındadır.

Finlandiyadakı Acex OY, GCH Finland OY, Optima Freight OY və Unicum Trade OY şirkətlərinə də məhdudiyyətlər qoyulub. Siyahıda Mərkəzi Afrika Respublikasından “Lobaye İnvest”, Sankt-Peterburqdan “M-Finance”, ”Oceanos” şirkətlərinin adları var.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »