Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülh bəyanatları verən Rusiya Ermənistanı silahlandırır”- Politoloq

Xəbər verildiyi kimi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşdə bildirib ki, Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş beş rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır. Lavrovun bu açıqlaması sosial mediada müzakirələrə səbəb olub, Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsilə bağlı sülh bəyanatları verən Rusiya Ermənsitanı silahlandırır.

Ramiyə Məmmədova - politoloq Ramiyə Məmmədova

“Ötən günlərdə cəbhədə gərginliyin artığı vaxtda Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarov dedi ki, ATƏT-nin Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin görüşü keçirilməlidir. Xatırladım ki, Lavrov əvvəllər işğal olunmuş ərazilərə mərhələli şəkildə sülhməramlı qüvvələrin yerləşdirilməsi və rayonların qaytarılması ilə bağlı bəyanatlar verib. Sülh bəyanatları verən Rusiya Ermənistanı silahlandırmağa davam edir. Təbii ki Türkiyənin Azərbaycanın haqlı mövqeyi dəstəkləməsi və yanında olması Rusiyanı narahat edir. Rusiya türkiyənin Cənubi Qafqaza girməsindən çox narazıdır. Əlbəttə rəsmi Moskva bu bölgədə ikinci güclü dövlətin burada olmasını istəmir”,-deyə R.Məmmədova bildirib.

Politoloq qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi 30 ildən artıqdır uzadır: “Rəsmi Moskva münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənsitana təzyiq etmək əvəzinə, silahlandırır. Rusiyanın bu mövqeyi nəticəsində Azərbaycan hələ də müharibə şəraitindədir. Azərbaycan öz başının çarəsini qılmalıdır. Azərbaycan bugünki vəziyyətdə Türkiyə ilə birlikdə hərəkət etməyə məcbrudur. Azərbaycan işğalda olan torpaqlarını özü azad etməlidir”.

Son xəbərlər
Bütün xəbərlər »