Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin adını dünyanın ən nüfuzlu insanlarının siyahısına salmadılar

ABŞ-ın “Time” jurnalı ənənəvi olaraq dünyanın ən nüfuzlu 100 şəxsinin adının yer aldığı siyahını açıqlayıb.

Planetin ən böyük ölkəsinə rəhbərlik edən Vladimir Putinin adı gözə dəymir.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidentinin adını dünyanın ən nüfuzlu insanlarının siyahısına salmayıblar. “Time” heç bir kateqoriyada Putinə yer verməyib. Rusiya dövlət başçısı üç il ardıcıl siyahıya düşə bilməyib.

Amerika jurnalı “Titanlar”, “Novatorlar”, “İncəsənət xadimləri”, “Liderlər” və “Kumirlər” kateqoriyaları üzrə fərqlənənləri müəyyənləşdirir. Putin axırıncı dəfə “Liderlər”də yer almışdı. Bu dəfə ABŞ prezidenti Donald Tramp, Hindistanın baş naziri Narendra Modi, Braziliyanın dövlət başçısı Jair Bolsonaru və Almaniyanın kansleri Angela Merkel daha nüfuzlu sayılıb.

Jeff Bezos Jeff Bezos / Foto: AFP 2019 / Manjunath Kiran

“Titanlar”ın sırasında “Google” korporasiyasının baş direktoru Sundara Piçainin, “Amazon”un rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skottun, ABŞ-ın əsas bankiri, Federal Ehtiyat Sisteminin başçısı Cerom Pauellin adı var.

Putin 2015-2017-ci illərdə “Time” jurnalının siyahısında görünmüşdü. 2007-ci ildə isə Rusiya prezidenti ilin adamı seçilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »