Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq": "Şimal-Qərb" RETSİ-ndə yenidənqurma işləri davam edir

"Şimal-Qərb" RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin 8 ayı ərzində Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kV-luq yarımstansiya tikilir, 35/10 kV-luq "Meysəri" Y/st isə yenidən tikilir. Həmçinin, 1 ədəd 110/6 kV-luq, 10 ədəd 35/10 kV-luq yarımstansiyalar RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulub 110/35/10 kV-luq "Şıxlar" və 35/10 kV-luq "Çuxuryurd" Y/st-da işləri davam etdirilir. Bu istiqamətdə 110/6 kV-luq "İpək Kombinatı" və 110/10 kV-luq "Qubaxəlilli" Y/st-larında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir.

"Azərişıq": "Şimal-Qərb" RETSİ-ndə yenidənqurma işləri davam edir

110 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində 9 ədəd qəzalı dayaq bərpa edilib, 161 ədəd dayaq quraşdırılıb və 9 km məsafədə yeni 35 kV- luq hava xətti çəkilib. 6-10 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101.7 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kV-luq dayaq quraşdırılıb, 67.5 km naqil çəkilib.

Yaşayış məntəqələrində aparılan yenidən qurma işləri çərçivəsində, 6-10-0.4 kV-luq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilib, bir sıra kəndlərdə yenidənqurma işləri aparılıb. 0.4 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılıb, 84.1 km ÖİN tipli kabel xətti çəkilmiş, 115.8 km məsafədə təmir-bərpa işləri aparılıb, 191.9 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənib.

6-10/0.4 kV-luq KTM-lər üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılıb, 201 ədədi əsaslı təmir edilib standart qoruyucu və ayırıcılar quraşdırılıb və tam olaraq rənglənib, bunlardan 190 ədədinin ətrafı çəpərlənib və əlavə olaraq 201 ədədi cari təmir edilib.

Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib 8 faiz itirilmiş enerji bərpa olunub.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »