Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici video çarx hazırlayıb

“Diş fırçanı kiminləsə bölüşürsən?”- təbii ki, bu suala hər kəs “Xeyr!” cavabı verəcək. “Unibank”ın kart məlumatlarının təhlükəsizliyi ilə bağlı hazırladığı maarifləndirici video çarx bu sualla başlayır.

İlk baxışdan diş fırçası ilə bank kartı arasında heç bir bağlılıq olmasa da, hər iki əşyanın başqası ilə paylaşılmasının nə qədər təhlükəli olduğunu görürük. Diş fırçamızdan başqa birinin istifadəsi səhhətimiz üçün nə qədər təhlükə yaradırsa, bank kartı məlumatlarının kiməsə verilməsi də maliyyə təhlükəsizliyimiz üçün o qədər ciddi təhdiddir.

“Unibank”ın maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər ciddi fəsadlara səbəb olacağı çatdırılır. Kart məlumatlarını dələduzlardan qorumağın sadəcə bir yolu var- bu məlumatları heç kimlə paylaşmamaq.

Xüsusən də Bankınız tərəfindən sizə göndərilən 3D təhlükəsizlik kodunu heç kimlə paylaşmayın! Kartınıza aid bütün məlumatlar yalnız sizə məxsusdur. Bu məlumatları da diş fırçanız kimi heç kimlə bölüşməyin.

Maarifləndirici video çarxı bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=G5rp7mbfG3A

Paylaş »
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »