Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadədən Lavrovun açıqlamasına cavab: Hərb yoluyla 4 rayonumuzu azad etməliyik

“Paşinyanın Dağlıq Qarağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prossesinə maneə törədir.

Bu rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”. Bu fikirləri Rusiyanın XİN başçısı Sergey Lavrov səsləndirib. “Ümid” partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, Lavrovun bu açıqlaması əslində Rusiyanın problemi həll etmək istəməməsinin göstəricisidir.

İqbal Ağazadə Bizimyol.info-ya verdiyi açıqlamada müharibənin labüdlüyündən bəhs edərək, görülməli addımlar barədə danışıb.

İqbal Ağazadə İqbal Ağazadə

“Lavrovun işğal olunmuş 5 rayonla bağlı səsləndirdiyi fikir əslində onu təsdiq edir ki, prosseslərə nəzarətə edən Rusiya tərəfidir və məhz 5 rayonun qaytarılması məsələsini gündəmdə saxlamaqla Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir. Problemin bütövlükdə həll olunmasına tərəfdar deyil. Konflikt bütövlükdə həll olunsa, tərəflər hərəsi üzünü bir tərəfə tutub, başqa xarici siyasət yürüdəcək və Rusiyanın Cənubi Qafqazdan çıxması şərt olacaq. Rusiya tərəflərin danışıqlardan imtina edib, müharibə ritorikasına girdiyi bir vaxtda belə açıqlama verməklə həm emosiyaları sakitləşdirmək istəyir , həm də gələcək niyyətindən xəbər verir. Yəni hətta, gələcəkdə hakimiyyət dəyişsə belə, Rusiyanın planları dəyişməyəcək, konfliktin başqa bir şəkildə irəliləməsinə imkan verilməyəcək. Kəlbəcərsiz və Laçınsız həll yolu bizim milli maraqlarımıza cavab vermir. Hesab edirəm ki, əgər müharibəyə başlasaq, birinci Kəlbəcər işğladan azad olunmalıdır ki, söhbət 5 rayon mərhələsindən çıxsın. Sərhədyanı rayonlar işğadan azad edilməlidir. Bu şamil olunmalıdır Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərə.Azərbaycan Zavox keçid məntəqəsinə nəzarəti həyata keçirə bilməlidir. Həm də Naxçıvan iqsitqamətdən, həm Qubadlı , həm də Laçının Güləbirdə söykənən istiqamətindən nəzarət həyata keçirilməlidir. Konfliktin danışıqlar yolu ilə həllinə bundan sonra baxılmalıdır.Rusiya konflikt üzərindəki hakimiyyətindən imtina etmək istəmir, ümumiyyətlə Rusiya dünyada harda varsa orda konfliktlərlə qala bilir. Bu Suriyada, Liviyada, Ukraynada, Abxaziya və Osetiyada, Ermənistanda da belə təşkil olunub. Rusiyanın olduğu yerdə demokratiya anlayışı yoxdur. Hesab edirəm Rusiya bizimlə məqsədəmüvafiqliklə danışmamalıdır. Bir var hüquqa müvafik, bir var məqsədə müvafiq yanaşma. Hüquqamüvafiklik Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə azad edilməsini diktə edir, məqsədəmüvafiqlik dən danışsaq onda bizim məqsədimiz Göyçəyə, Zəngəzura qədər torpaqlarımızı geri almaq olmalıdır. Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa bizimki də İrəvan olacaq.Ona görə Azərbaycanla heç kim məqsədmüvafiqliq prizmasından danışa bilməz.

Ermənistan danışıqlara razılıq versə də verməsə də, dəyişən bir şey olmayacaq. Azərbayan ən pis halda müharibənin birinci mərhələsini başlatmalıdır.4 rayonu işğaldan azad etməlidir.4 rayon Cəbrayıl, Zəngilan və Kəlbəcər azad edilməlidir. Füzuli və Ağdam istiqamətindən hücuma keçməyin əhəmiyyəti yoxdur.O rayonlarla uğraşmağa dəyməz. Bu gün üçün. Bu gün əsas məsələ dövlət sərhədlərinin təmizlənməsi və bağlanmasıdır. Sərhədlərimiz azad edildikdən sonra danışıqlara oturulmalı, Ermənistan yenə israr etsə Laçın dəhlizinin bağlanması gündəmə gəlməlidir. Bundan sonra Azərbaycanın daxilində terrorçularla mübarizə aparıb, öz problemini həll etməsi qalır.

Yoxsa Ağdam Füzuli azad edildi, sərhəd zolağımızda Azərbaycan dövlətinin nəzarəti qurulmadı olmaz. Dövlət sərhəddən başlayır. Bizim sərhədlərimiz pozulub. Laçın dəhlizi ona görə ilk mərhələdə açıq qoyulur ki, istəməyən vətəndaşlar getsinlər. Azərbaycanda qalanlar isə Azərbaycan qanunları ilə yaşamalıdırlar.Məsələnin həll yolu budur. Hərb yolu mütləq şərtdir. Bu 4 rayon işğaldan azad olunmasa, danışıqlar masasına otursaq bizə hər kəs öz şərtini diktə edəcək.

İndi hər kəs öz mövqeyini möhkəmləndirir. Bu gün biz adını çəkdiyim 4 rayonu azad etsək bizə heç kim gözün üstə qaşın var deyə bilməz. Beynəlxalq hüquqa uyğundur.Niyə etmirik? bax bunu iqtidardan soruşmaq lazımdır”,- deyə partiya rəhbəri qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »