Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərtləşdirilmiş karantin rejimindən sonra avtomobil bazarı - Ekspert

“Azərbaycanda avtomobil parkı sürətlə köhnəlməkdə davam edir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosasiyasının nümayəndəsi (AADA), avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev bildirib.

Ekspert qeyd edib ki, yeni avtomobil bazarında ticari vəziyyət ürəkaçan deyil: “Karantin rejiminin tələblərinə uyğun olaraq uzun müddət yeni avtomobil satışı ilə məşğul olan dillerlərin, salonların qapısı bağlı qaldı. Azərbaycan Avtomobil Dilerləri Assosasiyasının Nazirlər Kabinetinə müraciətindən sonra servislərin fəaliyyətinə icazə verildi. Sərtləşdirilmiş karantin rejimi dövründə ikinci əl avtomobil bazarında canlanma müşahidə olundu. Əsasən də xaricdən auksiyon vasitəsilə gələn avtomobillər bazarda üstünlük təşkil etdi. Bunun da bir səbəbi var: kredit. Yeni avtomobili ya nəğd, ya da banklardan 50 faizlə götürdüyümüz krediti vasitəsilə alırıq. Az avtomobil şirkətlərində lizinq xidməti var. İkinci əl avtomobil təklif edən satıcıların əksəriyyəti lizinqlə maşın satırlar deyə bu sahədə canlanma müşahidə olunur”.

Eyyub Əliyev vurğulayır ki ikinci əl avtomobillərinin əksəriyyəti keyfiyyətsizdir: “Təmir yerlərində auksiyon vasitəsilə gətirilmiş keyfiyyətsiz avtomobilləri təmir etdirib satırlar. Ən ucuz avtomobil yerli avtomobillərdir. Köhnə, vəziyyətindən xəbərsiz olduğumuz və xəbər tutanda döyəcəyimiz qapının olmamasındansa, yeni avtombil almaq məsləhətdir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »