Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: Əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb

“COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasında TƏBİB-in əməkdaşı Samir Vəliyev bildirib.

O qeyd edib ki, GAVI təşkilatı tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dolları kimi proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır: "Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 faiz hissəsinə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır. Öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə, 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir.

Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir".

Son xəbərlər
Bütün xəbərlər »