Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Berlin: Lukaşenko Almaniyadan təbrik gözləməsin

“Andiçmə mərasimi gizli hazırlanıb və ictimaiyyətin iştirak olmadan keçirilib. Bu, artıq vəziyyətin necə olmasının göstəricisidir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert söyləyib.

O, Almaniyanın Belarusda keçirilən prezident seçkisinin nəticələrini tanımayacağını növbəti dəfə vurğulayıb: “Qayıdaq avqustun 9-dakı seçkilər məsələsinə. O vaxt dediyimiz kimi, onlar nə demokratik seçkilərin tələblərinə uyğun idi, nə də ədalətli, azad idi. Bu səbəbdən, kanslerin dediyi kimi, biz bu seçkilərin nəticələrini tanıya bilmərik. Buna əsasən Lukaşenko bugünkü mərasimdən sonra demokratik legitimliyə iddia etməməlidir”.

Ş.Zaybertin sözlərinə görə, A.Lukaşenko Almaniya kanslerindən andiçmə münasibətilə təbrik gözləməməlidir: “Bayaq dediklərimi nəzərə alaraq mən buna ümid etməzdim”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. O, 1994-cü ildən hakimiyyətdədir.

Prezident seçkisinin nəticələrinə etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiyalar hələ də davam edir. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Sentyabrın 23-də Belarusun paytaxtı Minskdə Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »