Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB sədri: “Vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var”

“Xəstəliyin daha ciddi həll yolu olan, ölkəmizin vaksinasiyanı daha erkən tətbiq edən ölkələr sırasında olması ilə bağlı tədbirlər görülür”.

APA-nın məlumatına görə, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Byaramlı deyib. O bildirib ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var: “Bunlardan biri ikitərəfli danışıqların, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”.

Onun sözlərinə görə, Azərbaycan höküməti bütün istiqamətlərdə danışıqları davam etdirir, o cümlədən, GAVI (Global Alliance for Vaccines) ilə belə bir saziş imzlanıb: “Sazişə görə öhdəliklər var, müəyyən ödənişlər edilməlidir. Bu baxımdan hökumətimizin qərarı ilə Prezident tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müraciət ediləcək. Şuranın müvafiq qərarı ilə hökumət tərəfindən COVAX təsisatı çərçivəsində vaksinlərin ölkəyə gətirilməsi istiqamətində müakirə olunacaq. COVAX-ın portfelinə daxil olan 3-cü tədqiqat fazasında olan vaksinlər var”.

O qeyd edib ki, dünyada tam sınaqdan çıxmış vaksin yoxdur: “Sınaq ərəfəsində olan vaksinlər var. Təxminən 9 şirkətin vaksini bu mərhələdədir. Onlardan hansının təhlükəsizliyi beynəlxalq qurumlar tərəfindən təsdiqlənsə, hansısa ölkələrdə tətbiqinə icazə verilsə, dövlətimiz də belə ölkələrdən biri olacaq. Bu istiqamətdə həm elm adamlarımız, həm də müvafiq qurumlarımız lazımi addımları atır”.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »