Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaz müəmması: İdarə borclusan deyir, ev sahibi “xəbərim yoxdur”...

Bir neçə gün öncə Şəmkir rayonundan Bizimyol.info redaksiyasına daxil olmuş bir şikayəti işıqlandırdıq.

Şəmkir rayon sakini Məlahət Cəfərova qaz sayğaclarında olan bor üzündən qaz xətlərinin kəsilməsindən, borcu ödəmək imkanı olmamasından, pandemiya dövründə bu cür cəzanın qəbuledilməz olmasından şikayətlənmişdi.

“Mart ayından bu yana, nə yoldaşım, nə özüm işləmirik. Qaz idarəsi gətirib bizə xarab sayğac quraşdırmışdı. O da geriyə doğru öz-özünə yazırmış. Biz ailədə ikicə nəfərik, o qədər qaz işlətməmişik. Gəlib qazımızı kəsiblər. Qapımızda dayanan işçilər olan borcumuzu hesablayıb dedi. Qonşudan borc alıb getdik ödəməyə.

İdarənin təzə müdiri borcumuzu işçilərinin dediyindən də ikiqat artıq hesablayıb, üstəlik, bizi təhqir edib otaqdan qovdu. Dedik cənab Prezident deyib pandemiya dövründə vətəndaşı məmurlar incitməsin. Təzə müdir bizə “Gedin kimə istəyirsiniz şikayət edin” cavabını verdi, təhqirə davam etdi. İşlətmədiyim halda boynuma yüklənən 240 manat qaz “borcumun” aradan qaldırılmasına kömək göstərməyinizi xahiş edirəm. Qaz idarəsinin rəisi bizi saymır, bəlkə özündən böyükləri sayar”.

Sorğumuza cavab olaraq Şəmkir rayon Qaz idarəsinin rəisi Telman Cəfərov bildirdi ki, o heç kimi təhqir etməyib və xanıma borcunu ödəmələri üçün dəfələrlə şans verilib.

Maraqldırı ki, Məlahət Cəfərovagilə məxsus qaz sayğacı başqa bir abonentin adına qeydiyyatdan keçib. Məlahət xanım deyir ki, biz başqasının köhnə sayğacını işlədirik, elə bəlkə onun borclarını da ödəyirik. “Evdə olmasaq da, qaz işlətməsək də sayğac yazır”.

Telman Cəfərov bu kimi halların imkansız olduğunu vurğuladı.

“Azəriqaz”ın Mətbuat Xidmətinin rəhbəri Ceyhur Səfərov isə Bizimyol.info-nun sorğusuna araşdırıldıqdan sonra aşağıdakı kimi cavab verdi:

“Abonent kodu 295701800000010 olan Asim Cəfərovun mənzilinə quraşdırılmış sayğaca baxış keçirilərkən bunlar üzə çıxıb. 2019-cu ilin mart ayında sayğacın 3662 m3 mənfiyə işləmiəsi aşkar olunub ki, bu da abonentin hesabında 420.60 manat debitor borcun yaranması deməkdir. 2019-cu ildə bu qüsura görə sayğac yenisi ilə əvəzlənib. Yaranmış borcdan ümumilikdə 100 manat olmaqla bir dəfə ödəniş edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq abonent yaranmış borcdan ödəniş etməkdən imtina edib”.

Yəni idarə rəisinin də, mətbuat xidmətinin də dediyindən belə çıxır ki, qanun hamı üçün qanundur, qaydalar da hamı üçündür. Pandemiya dönəmində ağır vəziyyətə düşmüş, kommunal borc yükünün altında əzilən vətəndaşa dövlətin köməyi lazımdır. Ümid edirik, əlaqədar qurumlar bu faktə nəzərə alar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »