Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli ekspert: “Ermənistan hakimiyyəti ömrünü uzatmaq üçün münaqişəni qızışdırır”

“Köç siyasəti saxta “Böyük Ermənistan” xəyalının tərkib hissəsidir. Bu xəyal Ermənistanı məhvə aparır. Bu gün Ermənistanda mövcud idarəetmə xalqı məzlum vəziyyətə salıb”.

Bunu APA-nın yerli bürosuna Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba deyib.

Əhməd Baba Əhməd Baba

Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Yaxın Şərqdən gətirilən muzdlu ermənilərin kütləvi şəkildə yerləşdirilməsi saxta “Böyük Ermənistan”ın tərkib hissəsidir: “Erməni kilsəsi artıq iki yüz ildir ki, türklərə qarşı nifrət toxumu səpməklə öz xalqını bir ərazidən başqa bir yerə köçürmək siyasəti yürüdür. Amma onların Ermənistana böyük köçü xam xəyaldır. Ən yaxşı halda Ermənistana, Azərbaycanın işğal altındakı torpaqlarına beyinlərini zəhərlədikləri 150-200 nəfər ermənini köçürə bilərlər”.

Ə. Baba bildirib ki, bu il avqustun 4-də Livanda baş vermiş partlayışdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bu ölkədə yaşayan türk və türkmənlərə Türkiyə vətəndaşlığı verilməsinin mümkünlüyü elan edildikdən sonra “köç” xəyalından bir oyun olaraq istifadə edilməyə başlanılıb: “Bu məsələ həm də imperialist güclərin marağındadır. Əslində elə bu günə qədər Ermənistan hakimiyyətini və erməni terrorçularını erməni xalqı düşündürmür. Çünki Ermənistan imperialist qüvvələr üçün forpostdur”.

O qeyd edib ki, işğalçı siyasətini davam etdirən və terrora şərait yaradan Ermənistan hakimiyyəti ömrünü uzatmaq məqsədilə münaqişəni qızışdırır.

Ə. Baba vurğulayıb ki, Türkiyə Azərbaycanla birlik, bərabərlik və həmrəylik içində Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »