Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Alıoğlu İrandan Ermənistana silah daşınması faktlarını sübut etdi - Fotolar

Bir neçə müddətdir İran ərazisindən Ermənistana silah və PKK terrorçularının keçirilməsi barədə xəbərlər gündəmi zəbt edir. İran tərəfi gözlənildiyi kimi məlumatı təkzib edir. Araşdırmaçı jurnalist Elçin Aloğlu əlində faktların olduğunu bildirərək, dediklərini foto və sənədlərlə sübut edib. Məlumat Elçin Alıoğlunun şəxsi səhifəsində paylaşılıb:

Elçin Alıoğlu Elçin Alıoğlu

Rusiyadan və İrandan Ermənistana hərbi texnika, silah və sursat daşınması barədə yazmışdım. Küveytin də bu proseslərdə iştirakından bəhs etmişdim. İranın və Küveytin Bakıdakı səfirlikləri yazılarlarla bağlı hələ də konkret, səbatlı açıqlama verməyiblər.

Ermənistanı kim və necə silahlandırır? Özünü təcridə yuvarlatmış ölkə necə olur ki, qəflətən hərbi texnika, sursat, hərbi-texniki vasitələrlə təmin olunur?

Bu yaxınlarda, iyul ayında Tovuzdakı döyüşlərdə bu sual xüsusi aktuallıq kəsb etdi: Rusiyadan, Serbiyadan və başqa ölkələrdən Ermənistana çox müəmmalı aviareyslər aşkarlandı. Təyyarələr bir qayda olaraq Ermənistana hərbi yüklər daşıyırdılar. Özü də əksər hallarda dolanbac marşrutlarla.

Azərbaycan qəti etirazını bildirdi - özü də tək yük yollayan ölkələr yox, həm də bu tranzit üçün səmasını təqdim etmiş dövlətlərə. Silah və hərbi texnika daşınmasının qaydaları tələb edir ki, "hava dəhlizi" verən ölkə yük, onun daşındığı son məkan barədə məlumatlanmalıdır. Lakin bu qaydalara əməl olunubmu - dəqiq bilinmir.

Belə ölkələr arasında qonşu İran da var.

Son həftələrdə İran-Küveyt marşrutu ilə gerçəkləşdirilmiş çox qəribə aviareyslər barədə məlumatlar var. "Maraqlı"dır ki, o reyslərin hamısı Ermənistandan keçməklə, İrəvandakı Zvartnos hava limanına enişlə gerçəkləşdirilib.

Beləliklə...

Avqustun 13-də İranın "Fars Air Qeshm" aviaşirkətinin Boeing 747 təyyarəsi yerli vaxtla 16.05-də Tehrandan İrəvana uçub. Təyyarə İrəvan hava limanında 7 saat qalıb, sonra Küveytə uçub, avqustun 14-də, səhər saatlarında isə oradan Tehrana qayıdıb.

Bir həftə keçib və 21 avqustda yerli vaxtla 15.00-da "Fars Air Qeshm" aviaşirkətinin elə həmin Boeing 747 təyyarəsi Tehrandan İrəvana uçub.

İrandan Yerevana daşənan silah

Ertəsi gün səhər erkən saatlarda təyyarə İrəvandan Küveytə yollanıb. Avqustun 22-də isə Küveytdən Tehrana qayıdıb.

Bu reyslər müntəhəm olmayıb.

Növbəti müəmmalı aviareys 26-27 avqustda olub. Yenə Boeing 747, yenə "Fars Air Qeshm" və yenə də Tehran-İrəvan-Küveyt marşrutu, oradan da geriyə, Tehrana.

Sentyabrın əvvəlində daha bir insident olub. Mediada yayılan xəbərlərlə görə, nömrə nişanları olmayan hərbi yük maşınlarından və digr xüsusi texnikadan ibarət karvan İran-Ermənistan sərhədini "Norduz" nəzarət-buraxılış məntəqəsindən keçib.

Yeri gəlmişkən, bir qədər əvvəl digər qonşumuz - Gürcüstan ərazisini Ermənistana hərbi tranzit üçün qapalı elan etmişdi.

İrandan isə yüklər heç bir problem olmadan keçib.

İranın Bakıdakı səfirliyi onda bəyan etmişdi ki, bütün bunlar hansısa "üçüncü qüvvələrin yaydığı yalan və dezinformasiyadır".

"Belə informasiya iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərin pozulmasına yönəlib, həqiqətə əsla uyğun deyil", - səfirliyin məlumatında deyilirdi.

Dostluq və əməkdaşlıq gerçəkdən də ölkələr arasındakı istənilən ikitərəfli münasibətlərin mühüm göstəriciləridir. Bununla belə, İrandan Küveytə müəmmalı, İrəvandakı aeroportda saatlarla dayanmaqla qəribə uçuşlar nəinki dyanmayıb, əksin, daha da intensivləşib.

Özü də tək İrana yox.

Məsələn, sentyabrın 15-də elə həmin "Fars Air Qeshm" aviaşirkətinin Boeing 747 təyyarəsi Tehrandan İrəvana uçub, orada bir neçə saat qalıb, sonra "adət edilmiş" marşurtla Küveytə yollanıb. Küveytdən isə həmin təyyarə təbii ki, birbaşa Tehrana qayıdıb.

Sentyabrın 16-da isə sözügedən aviaşirkət təyyarəsini Tehrandan İrəvana yollayıb. Zvartnots hava limanında 7 saat qalan təyyarə sonradan Birləşmiş Ərəb Əmirliklərinə, Ras əld Hayma yolanıb. Ertəsi gün təyyarə Tehrana qayıdıb.

İrandan Yerevana daşənan silah

Sentyabrın 17-də də Tehran-İrəvan-Küveyt-Tehran marşrutu ilə daha bir reys gerçəkləşdirilib.

Beləliklə, demək olar ki, Tehrandan ən azı 7 müəmmalı aviareyslə yüklər İrəvandan keçməklə daşınıb. Bütün avieryslərdə İran aviaşirkətinin təyyarəsi olub və o, nədənsə Tehrandan Küveytə birbaşa yox, Ermənistandan keçməklə uçub.

Ciddi suallar yaranır. Bu Boeing-lər İrəvana niyə uçub? Tehrandan Ermənistana nə daşınıb? Ermənistandan sonradan Küveytə nə daşınıb?

Araşdırmalar davam edir. Yeni məlumatlar, faktlar olacaq.

Son xəbərlər