Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada S-35 qrıcısı S-30SM qırıcısını vurub saldı

Rusiya Hava Kosmik Qüvvələrinin ötən gün Tver vilayətində qəzaya uğradığı açıqlanan müasir Su-30SM qırıcısının əslində təlim zamanı Su-35S qırıcısı tərəfindən vurulub salındığı bildirilir.

Virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın “Voennıy obozrevatel” Telegram-kanalı iddia edir.

Məlumata görə, Su-30SM qırıcısı Xotilovo aviabazasından qalxıb və yaxın döyüş məşqi zamanı Su-35S qırıcısının aviasiya topu tərəfindən vurulub. Belə ki, səhlənkralıq üzündən Su-35S qırıcısında yaxın döyüş məşqindən əvvəl döyüş komplektini çıxarmayıblar. Nəticədə Su-30SM qırıcısına bir neçə mərmi dəyib və təyyarə alov topuna dönməzdən əvvəl pilotlar katapult edə bilib. Təyyarənin qalıqları isə meşəyə düşüb. Hadisə yerinə Rusiyanın Qərb Hərbi Dairəsinin komissiyası gedib.

Sentybrın 22-də Qərb Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, “plan uçuşları” zamanı Su-30SM qırıcısı Tver vilayətində meşəlik əraziyə düşüb. Pilotlar uğurla katapult edib və baza ilə əlaqə saxlayıblar. Onlar tezliklə aerodroma evakuasiya edilib. Lakin qəzanın səbəbləri haqda heç nə deyilmirdi. Eləcə də təyyarənin səhvən vurulduğu barədə məlumatları Rusiya Müdafiə Nazirliyi şərh etməyib.

Su-30SM qırıcısının bazar dəyəri 50 milyon dollardır. Bəzi məlumatlara görə təyyarə ötən gün start götürən “Qafqaz-2020” təlimlərinə cəlb edilmişdi. Sosial şəbəkələrdə bildirilir ki, həmin təlimlər başlayan kimi Rusiya ordusunun T-90 tankı səhvən tank əleyhinə raketlə vurulub. Daha sonra “KamAZ” markalı hərbi yük maşınına mərmi düşüb və sıradan çıxarıb.

Son xəbərlər
Bütün xəbərlər »