Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN-in idarə rəisi həbsdən buraxıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətə baxılıb.

“Report” xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, vəsatət təmin edilib.

Qeyd edək ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› İlin 365 günü işləyən diplomlu “fəhlə”lər…
Son xəbərlər
Bütün xəbərlər »