Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibə an məsələsidir”
Politoloq Zaur Məmmədov: “Rusiya qonşulara qarşı daha qədar siyasət yeridir”

Prezident İlham Əliyevin ölkə telekanallarına müsahibəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar ölkənin və dünyanın gündəmi oldu. Təkcə yerli deyil, həm də xarici media İlham Əliyevin söylədiyi faktları və mülahizələri geniş şərh etdi. Prezidentin, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri sensasiya doğurdu. Eyni zamanda müstəqilliklə bağlı da maraqlı açıqlamalar verdi.

Prezidentin müsahibəsindəki fikirləri politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Bizimyol.info xəbər portalına şərh edib.

Zaur Məmmədov Zaur Məmmədov

- Zaur müəllim, Prezidentin yerli telekanallara müsahibəsində Qarabağla bağlı bəyanatlarını necə şərh edərdiniz? Ermənistanla danışıqların mənasız olduğunu dedi. Bu, nə anlama gəlir?

- Bu o deməkdir ki, Ermənistanın apardığı siyasət nəticəsində artıq bu gün, bilirsiniz ki, danışıqlar dayandırılıb . 2 aydır tərəflər arasında danışıqlar getmir. Bu halda tərəflər arasında müharıbənin başlaması an məsələsidir.

- Buna – müharibənin başlamasına beynəlxalq birlik necə reaksiya verəcək?

- Təbii ki, Azərbaycan beynəlxalq aləmə ilk növbədə müraciət edərək bildirir ki, danışıqların dayandığı, Ermənistanın prokativ siyasət apardığı bir vaxtda Yerevanın Bakını müharibəyə təhrik etməsi hər bir vəhclə durdurulmalıdır. Ancaq, təəssüf ki, beynəlxalq ictimaiyyət, əksinə, olanlara da seyrçi mövqeyini qorumaqdadır. Bu o deməkdir ki, müharibənin başlanması başda Minsk Qrupundakı həmsədr dövlətlər olmaqla beynəlxalq güclərin, eləcə də, bəzi qonşu ölkələrin dövlət maraqlarına uyğundur.

- Qonşu ölkələr demişkən, təkcə qonşu deyil, həm də qardaş ölkə olan Türkiyə ilə təlimlərə də Prezident öz müsahibəsində toxundu. Hərbi əməliyyatlar başlayarsa, Türkiyənin buna reaksiyası və bizə dəstəyi necə ola bilər?

- Təbii ki, Türkiyə dəfələrlə bəyan edib ki, hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın yanında yer alacaq . Qardaş ölkənin ordusu Azərbaycana yaxından dəstək olacaq. Əslində Ermənistan da bundan xəbərdardır. Lakin maraqlısı budur ki, bütün bunlara baxmayaraq, Ermənistan öz provakasiyasını davam etdirir. Söhbət Ermənistanın havadarları və Türkiyə ətrafında həm də növbəti dəfə dünyanın başqa bir hissəsində olan münaqişə ilə bağlıdır.

- Ermənistan ASALA və PKK terrorçularını Qarabağa gətirir. Həm də İran üzərindən. Mediada yazılanlara görə 7000 terrorçu transfer ediblər.Buna Azərbaycanın reaksiyası necədir?

- İran üzərindən PKK terrrorçularının işğal altında olan bölgələrimizə gətirilməsi bir daha rəsmi Tehranın ikili siyasətindən xəbər verir. Üzdə guya Azərbaycanın mövqeyini dəstəkləyir. Reallıqda başqa bir şeydir. Biz İranın hansı maraqlardan çıxış etdiyini görmüş oluruq. Bu, kifayət qədər yanlış hərəkətdir. Çünki İran bir daha nümayiş etdirir ki, münaqişənin alovlanmasında maraqlıdır. Nümayiş etdirir ki, o, Azərbaycana və Türkiyəyə qarşı Cənubi Qafqazda öz siyasətini davam edəcək. Amma İran bilməlidir ki, sabah bölgədə müharibə başlayarsa , İranın şimalı alovlanacaq. İranın alovlanması, proseslərin qeyri- sabit istiqamətə yönəlməsi bir çox ölklərin marağına cavab verir. Nikol Paşinyan vasitəsilə İranda çaxnaşma yaradacaqlar. Hər bir halda bu Azərbaycanı nətiələr çıxarmağa vadar edir. Əlbəttə, İranın bu etdikləri cavabsız qalmayacaq. Müəyyən vaxtdan sonra biz İrana erməni terrorçularla əməkdaşlığına görə öz cavabımızı verəcəyik.

- Yaxşı, bu halda Ermənistanın beynəlxalq birlik tərəfindən terroru dəstəkləyən dövlət kimi tanınması üçün nə etmək, hansı addımları atmaq olar?

- Beynəlxalq təşkilatların arxasında, bildiyiniz kimi müəyyən dövlətlər dayanır. Həmin dövlətlər dünyadakı müxtəlif terror təşkilatlarını daim dəstəkləyiblər. O terror təşkilatlarının içərisində həm PKK , həm də ASSALA və digər erməni terror təşkilatları da var.

- Prezidentin SSRİ nostalgiyası keçirənlərlə bağlı dedikləri nəyi nəzərdə tuturdu?

- Bəli, son zamanlar SSRİ- nin yenidən bərpası ilə bağlı şayiələr və fikirlər planetin ayrı – ayrı bölgələrində yürüdülməkdədir. Biz, əsasən, Amerikalı ekspertlərin çıxışlarını izləsək, görərik ki, amerikalıların fikrincə, 2022-2023-cü illər ərzində SSRİ-nin mücərrəd mənada bərpası ilə bağlı məsələ gündəmdə ola bilər. Belarusdakı proseslərə və Qazaxıstandakı hakimiyyət dəyişikliklərindən sonra baş verənlərə baxsaq, oradakı hakimiyyətlərin Rusiyaya daha yaxın siyasət yürütməsini açıq şəkildə görə bilərik. Eyni zamanda onu da görməkdəyik ki, Rusiya getdikcə daha çox qonşu ərazilərdə və daha qəddar siyasət aparmağa başlayır. Qonşu ölkələrə hətta birbaşa hərbi müdaxilədən çəkinmir. Təbii ki, görünən odur ki, planetin yenidən bölüşdürülməsi, yeni geosiyasi konfiqirasiyaların və siyasi coğrafiyaların qurulmasının şahidi olmaqdayıq. Azərbaycan xalqı çox yaxşı bilir ki, 200 il ərzində Rusiya İmperiyasının, SSRİ- nin tərkibində olduğu zaman tarixi ərazilərimizin çox hissəsini itirdik. Azərbaycan tarixinin saxtalaşdırıldığını gördük. Erməni dövlətinin Azərbaycan torpağında yaranmasından başlayaraq, saxta erməni tarixinin Rusiya, İngiltərə tarixşünaslığında dünyaya aşılanmasını gördük. Ümumilikdə isə, hər bir xalq üçün müstəqillik önəmlidir; xalq müstəqil yaşamalıdır. Azərbayçan xalqının tarixdə onlarla çox tanınmış və geniş coğrafiyaları əhatə edən dövlətləri olub. Biz o xalqın nümayəndəsiyik ki, bizim şairlərimiz, yazıçılarımız olarkən, dövlətimiz olarkən, indiki böyük dövlətlərin özü yox idi. Heç şəhər dövlətləri belə yox idi. Bilirsiz ki, biz hətta Rusiyanı özümüzlə belə müqayisə etsək, görərik ki, 17-ci əsrədək onlarda, demək olar ki, yazıçı və şair adlarına rast gələ bilməzdik . Amma Azərbaycan şairləri, yazarları çox-çox əvvəldən vardı. Yəni belə bir xalq müstəqil yaşamalıdır və öz tarixi ərazilərini bərpa etməlidir . Düzdür, son onilliklərdə SSRİ tərkibində Azərbaycan xalqı bir qədər psixoloji durğunluq halı keçirirdi. Lakin artıq milli oyanışa, vahid ideya ətrafında həmrəylik nümayiş etdirərək addımlamağa ehtiyac var.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »