Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mediasiya haqqında qərarların qüvvəyə minmə tarixi dəyişib

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib.

Bununla bağlı Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edib.

Qeyd edək ki, “Mediasiya haqqında” qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi.

Qanunun qüvvəyə minmə tarixi dəyişdirilib və qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Nazirlər Kabinetinin qərarı da qanunun qüvvəyə minmə tarixinin dəyişdirilməsinə uyğunlaşdırılıb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Qərar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli 133-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə hazırlanıb. “Mediasiya haqqında” qanununa edilmiş dəyişikliyə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak ilə bağlı olan müddəalar 2020-ci il iyulun 1-dən yox, 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli, 16 avqust tarixli 360 nömrəli və 5 sentyabr tarixli 385 nömrəli qərarlarında qüvvəyə minməsi ilə bağlı dəyişikliklər edilib.(apa)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
Son xəbərlər
Bütün xəbərlər »