Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Həsənovun yaxın adamı həbs edildi

Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.

“Qafqazinfo” xəbər verir ki, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.

İstintaqın təqdimatı ilə Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.

Son xəbərlər
Bütün xəbərlər »