Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Bəzi məmurların övladlarını xaricə göndərməsi barədə məlumatlar var"

"Bəzi məmurların hərbi səfərbərlikdə iştirak etməmək üçün övladlarını xaricə göndərməsi barədə məlumatlar yayılır.

Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələni ciddi araşdırmalıdır. Əgər belə hallar varsa, onlar aşkar edilib ortaya çıxarılmalıdır və həmin məmurların adları açıqlanmalıdır".

Bu fikirləri “demokrat.az”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Vahid Əhmədov Vahid Əhmədov

Deputat deyib ki, hərbi səfərbərlikdən kimsə boyun qaçıra bilməz. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hər kəs kimi məmur övladları da Vətən qarşısında borcunu yerinə yetirməlidir:

"Burada heç bir ayrı-seçkilik ola bilməz".

"Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması barədə xəbərlərə də toxunan Vahid Əhmədov qeyd edib ki, həmin avtomobillərin qeydiyyata salınması tam qanuni addımdır:

"Bu barədə qanunda da qeyd olunub. Hələlik Müdafiə Nazirliyinin bu tip avtomobillərə ehtiyacı olduğu üçün onları saxlayırlar. Digər avtomobillərə ehtiyac yaranarsa, onlar da saxlanılacaq. Hətta, ehtiyac olsa, məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq".

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »