Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbçilərə əsgər salamı verən balaca məktəbliyə xüsusi təklif gəldi - Foto

Qazaxın Daş Salahlı kəndində yaşayan 2-ci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə haqqında bir neçə gün öncə bütün xəbər saytları yazdı.

Bizimyol.info-nun məlumatına görə, yol kənarında dayanıb gəlib keçən sərhədçilərə əsgər salamı verən balaca Elton bu hərkəti ilə üzərinə böyük diqqət çəkib. Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri sərhədçiləri hərbi salamla qarşılayan Eltonla görüşüb.

Qazaxın Daş Salahlı kəndində yaşayan 2-ci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə Elton Xıdır oğlu Hacızadə

Sərhəd diviziyasında keçirilən görüşdə ona hərbi forma bağışlanıb, vətənpərvərliyinə görə təşəkkür edilib.

Bundan əlavə uşaqlıqdan sərhədçi olmağı arzu edən bu oğlana həyatını dəyişəcək və arzusunu reallaşdıracaq bir şans da verilib. O dördüncü sinfi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbiundə təhsil alacaq.

Eltonun atası Xıdır Hacızadə oğlunun vətənpərvərliyindən qürur duyduğunu söyləyərək ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »