Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro MKİ-ni Venesuelada terror aktları hazırlamaq ittiham edib

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) respublikanın ərazisində terror aktları hazırlamaqda ittiham edib.

TASS xəbər verir ki, bu barədə ölkə başçısı dövlət televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, Venesuela hakimiyyətinə ABŞ prezidenti Donald Tramp hökumətinin Venesuelaya hücumların təşkili üçün Birləşmiş Ştatların Narkotiklərin Yayılmasına qarşı Mübarizə üzrə İdarəsindən istifadə etməsi məlumdur. Maduro bildirib ki, indi ABŞ hökuməti MKİ və onun bilavasitə agentlərinə gizli terror əməliyyatları keçirməyə icazə verib.

Hazırlanan hücumların neft obyektləri, hərbi obyektlər, elektrik enerjisi və seçki prosesi də daxil olmaqla, bir sıra sahələri hədəf aldığı iddia edilir. Eyni zamanda, prezident daha əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının rəsmi Vaşinqtonun planlarını ortaya qoyan nümayəndələrindən birinin Venesuelada tutulduğunu xatırladıb.(report)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »