Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-ın xarici peyvəndlərin tətbiqinə hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Birləşmiş Ştatlarda tətbiqini istisna etmir.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ rəhbərinin özü ilk olaraq peyvənd etdirməyə hazırdır.

O, Trampın özündən sitat gətirib: "Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır".

Beləliklə Makineni ABŞ liderinin Rusiya və Çinin istehsalı olan vaksinlərin ölkəyə cəlb etməyə hazır olması barədə suala cavab verib. Bu halda ABŞ liderinin mətbuat katibi vurğulayıb ki, Ağ Evin fikrincə, Oksford Universiteti (Böyük Britaniya) alimlərinin Britaniya-İsveçin “AstraZeneca” əczaçılıq şirkəti ilə birgə hazırladığı peyvəndə daha çox ümid bəslənilir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »