Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antonio Quterreş: "Pandemiya qiyamətin beşinci atlısıdır"

Hazırkı koronavirus pandemiyası bəşəriyyət üçün dönüş nöqtələrindən biri olub. 1945-ci il İkinci Dünya müharibəsinin başa çatması və Birləşmiş Millətlər Təşkilatının yaranması ilə müqayisə oluna bilər.

"Report" xəbər verir ki, bu fikirləri BMT baş katibi Antonio Quterreş Baş Asambleyanın 75-ci sessiyası çərçivəsində keçirilən siyasi müzakirələr zamanı dilə gətirib.

O, iştirakçılar qarşısındakı nitqi zamanı yanvar ayında Baş Asambleyada bəşəriyyətin gələcəyinə təhlükə yaratdığı üçün "qiyamətin dörd atlısı” adı verdiyi dörd dağıdıcı amilin son illər geosiyasi gərginliyin artması, iqlim dəyişiklikləri, dünya boyu artan etimadsızlıq, rəqəmsallaşmanın qaranlıq üzü olduğu barədə fikirlərini xatırladıb.

Baş katib koronavirus pandemiyasını “qiyamətin beşinci atlısı" kimi qiymətləndirib: “Pandemiya daha əvvəl yaşadığımız heç bir böhrana bənzəməyən bir böhrana səbəb olub. Pandemiya təkcə həyəcan təbili deyil, həm də gələcək təhlükələr üçün bir növ məşqdir. Biz yolumuza davam edərkən bu virusun dünyanı diz çökdürdüyünü etiraf etməli, təvazökarlıq göstərməliyik".

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »