Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ordusu daimi inkişaf edən və daimi hazırlıqlı ordudur” - Ramaldanov

“Bu gün Azərbaycan ordusunun təchizatı, təminatı və şəxsi heyətinin döyüş qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Azərbaycan ordusunun bölmələri və heyətləri hər zaman döyüş qabiliyyətini artırmaqla məşğuldur. Bu daimi fəaliyyətdir”.

Bunu Bizimyol.info-ya açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı orden”li, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov Azərbaycan bu gün müvəfəqiyyətlə iri miqyaslı təlimlər həyata keçirir: “Azərbaycan ordusunun inkişafı bu gün imkan verir ki, güclü ordusu olan və NATO-nın aparıcı dövləti olan Türkiyə kimi dövlətlə birgə irimiqyaslı təlimlər keçirsin. Ordumuz Türkiyə həbçilərilə birgə hədəflər müəyyənləşdirir və qarşıya qoyulan məqsədləri birgə həyata keçirir. Döyüş bölmələrini bir yerdən birgə idarə etməklə birlikdə fəaliyyət göstərmək hazırda hərbi xidmət edən peşəkar zabitlərin inkişafıdır.

Azərbaycan ordusu bu gün ən müasir silah və texnika ilə təchiz olunub. Cənab Prezidentin dediyi kimi bundan sonra da Azərbaycan ordusu ən müasir texnika ilə təmin olunması davam edəcək.

Azərbaycan ordusunun heyəti beynəlxalq yarışlardan iştirak edərək yüksək nəticələr qazanır. Sonuncu dəfə Rusiyada keçirilən 31 dövlətin iştirak etdiyi yarışlarda demək olar ki bütün istiqamətlərdə Azərbaycan ordusunun heyəti finala çıxıb.

Yüksək intellektə malik olan şəxsi heyət bu gün Azərbaycan ordusuna gələn ən müasir texnikanı idarə edir. Milli ordu təmas xəttində döyüş növbəçiliyi apararaq əməliyyat şəraitinə tam şəkildə nəzarət edir. Bunun nəticəsində düşmənin bütün istiqamətlərdə atdığı təxribatların qarşısını alır. Bunun sübutu kimi Tovuz hadisələrini, erməni zabitin ələ keçirilməsini demək olar”.

Ş.Ramaldanov deyib ki, Azərbaycan atəşkəsi pozmur, amma atəşkəsi pozan nöktələri ustalıqla susdura bilir: “Azərbaycan ordusu xalqın qürur mənbəyidir və ordunu xalq dəstəkləyir. Biz bu faktı Tovuz hadisələrində bir daha gördük.

Təlim toplanışlarında vətəndaşların ruh yüksəkliyi ilə iştirakını və planlı şəkildə təlim toplanışlarının həyata keçirildiyini görürük. Hərbi vəzifəlilərin çağırışı da qrafik üzrə yerinə yetirilir. Ona görə də deyirəm ki Azərbaycan ordusu daimi inkişaf edən və daimi hazırlıqlı ordudur.

Aprel döyüşlərindən sonra cənab Prezident İlham Əliyev Azərbaycan ordusuna yüksək qiymət verərək demişdi ki, əgər Ermənistan və Azərbaycan silahlı qüvvələrini təkbətək qoysalar, Azərabaycanın silahlı qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyü təmin etməyə qadirdir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »