Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əxlaqsız təklifə yox dediyi üçün işdən qovulan müəllimə ədalət tələb edir - VİDEO
Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifi ilə bağlı peşə fəaliyyətində yaranmış problemlər barəsində BizimYol.info saytına müsahibə verib. 3 uşaq anası olan və ailəsini tək başına idarə edən Gülnar müəllimənin dediyinə görə , onun bütün blemləri məktəbdə direktora yarınmaq üçün onun dediklərinə əməl etməməsi ilə başlayıb. Cəsarətli açıqlamalar verən Gülnar xanım bundan öncə işlədiyi məktəbdə direktor xanımın onun 250 manat maaşından hər ay 50 manat kəsməsinə etiraz edib. Nəticədə direktor "200 manatla dolana bilmirsən sən qadınsan bundan istifadə et, kef içində yaşa" məsləhətini verib. Məhz bu məsələdən sonra həmin məktəbdən təyini 12 nömrəli məktəbə verilib. Necə deyərlər yağışdan çıxıb yağmura düşüb. Direktor Allahverdi Vəliyevin əxlaqsız təklifinə yox dediyi üçün sıxışdırıldığını söyləyən Gülnar Əlsəgərova haqqını tələb etdiyinə görə məktəbdən uzaqlaşdırılıb və direktor bütün kollektivi ona qarşı ərizə yazmağa məcbur edib. Müsahibə zamanı direktorun məktəbdə özbaşınalıqlarından, vəzifə səlahiyyətindən sui-istifadə etməsindən söz açan keçmiş məllimə bildirib ki, əqli qüsurlu uşqlar bu məktəbdə döyülür, süpürgəçinin yerinə işlədilir və onlar üçün dövlətin ayırdığı ərzaq məhsulları Allahverdi müəllimə məxsus mağazada satışa çıxarılır. Məktəbdə qalıb işləmək isəyən hər kəs hüüququn dediklərinə deyil, Allahvrdi müəllimin əmrinə tabe olmalıdır. Bütün instansiyalara müraciət edərək yo  cavabı alan  Gülnar xanım son çarəni məsələni ictimailəşdirməkdə görüb.

Gülnar Ələsgərova 12 saylı xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. İşə Xəzər Rayon Məhkəməsində baxılıb, şikayət təmin edilməyib. Hazırda şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Gülnar Ələsgərova ilə videomüsahibəni təqdim edirik.

Son xəbərlər
Bütün xəbərlər »