Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq: 2 özəl tibb müəssisəsi cərimələnib

Prokurorluq orqanları tərəfindən cəmiyyətimiz üçün aktuallığı ilə seçilən problemlərin həllinə xüsusi diqqətin göstərilməsi, hüquqpozmaların qarşısının alınması və baş verən qanun pozuntularının araşdırılaraq müvafiq qanuni tədbirlərin görülməsi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata gərə, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, insanların səhhətinin lazımi şəkildə qorunması və bu xidmətlərin göstərilməsi zamanı sağlamlıqlarına zərər vurulmasının qarşısının alınması prioritet məsələlərdən biridir.

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Nərimanov və Neftçala rayon prokurorluqları ilə birlikdə apardığı araşdırmalar nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərən “Medistyle” hospitalının və Neftçala rayonunda yerləşən “ES studio” özəl tibb mərkəzinin qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilib.

Aparılan araşdırma nəticəsində həmin müəssisələr və onların vəzifəli şəxsləri barədə inzibati xəta haqqında icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilib, onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə” və “lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma” inzibati xətalarına görə məsuliyyətə cəlb olunaraq məhkəmənin müvafiq qərarları ilə inzibati qaydada cərimə edilib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »