Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İstənilən anda ordu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır” - Milli Qəhrəman

“Ermənistan hər hansı bir təxribata əl atarsa, Azərbaycan ordusu onun laiqli dərsini verməyə hazırdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev bildirib.

V.Quliyev qeyd edib ki, ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir: “Azərbaycan ordusu aparıcı dövlətlərin istehsal etdiyi ən müasir silahlarla təchiz edilib və peşəkar şəxsi heyəti formalaşıb. Ötən əsrin 90-cı illərində Azərbaycan ordusu könüllülərdən təşkil olunmuşdu, primitiv silahlarla təchiz olunmuşdu. Oruda xidmət edən peşəkar gizir və əsgər heyəti yox idi. Çünki orduda zabit və gizir çatışmazlığı var idi. Əsgərə təlim verəcək zabitlərin sayı çox az idi. Hamı bilir ki SSRİ dövründə azərbaycanlıları həmişə ordudan uzaq tutublar. Azərbaycanlıları əsasən tikinti batalyonlarına cəlb edirdilər. Ona görə də, həmin dövrdə hərbi xidmətdən təxris olunan əsgərlərin çoxunun silahdan və texnikadan anlayışı yox idi. Eləcə də, azərbaycanlı zabitlərin...

Bu gün Azərbaycan ordusu tam şəkildə peşəkar zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təmin olunub. Azərbaycan ordusu ölkə başçısının diqqəti və qayğısı nəticəsində aparıcı dövlətlərin istehsal etdiyi ən müasir silahlarla silahlandırılıb. Belə ki, milli ordu aparıcı ölkələrin, Türkiyə, İsrail, Rusiya, Pakistanın, Çexiyanın və başqa ölkələrin silahları ilə təchiz olunub. Azərbaycan ordusu tam peşəkar şəxsi heyətə malikdir. Odur ki, bugünki milli ordunu 90-cı illərin ordusu ilə heç çürə müqayisə etmək olmaz”.

Ehtiyatda olan polkovnik-leytenant vurğulayıb ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusudur: “Bunu tək mən demirəm. Bu barədə NATO yetkililəri də məlumat veriblər ki, Cənubi Qafqazın ən böyük ordusu Azərbaycan ordusudur. Rusiyanın hərbi mütəxəssisləri də açıqlama vermişdilər ki, əgər Azərbaycan torpaqlarını işğaldan azad etmək istəsə, 1 həftəyə ərazilərinin hamısını işğaldan azad edə bilər.

2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyulunda hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü və qüdrətini nümayiş etdirdi. Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir.

Bilirik ki, Azərbaycan ərazisinin işğalına səbəbkar olar böyük dövlətlər var. Məsələn, Rusiya Ermənistanın arxasında dayanıb. Rusiya Azərbaycan ərazinin işğalının səbəbkarı olan dövlətdir. Qarabağın işğal olunmasında Rusiyanın birbaşa iştirakı olub, xüsusi təyinatlı zabit və əsgər heyətilə torpaqları alıb və verib erməniyə, işğal olunmuş əraziləri müdafiə edib. Bu gün də işğalın davam etməsinin səbəbkarı Rusiya dövlətidir. Həmçinin İran da Azərbaycanın müstəqil və güclü dövlət olmasını istəmir. Bilirsiniz, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Ona görə də İran narahatdır ki, Cənubi Azərbaycanda yaşayanlar qalxar və Şimali Azərbaycanla birləşərlər.

Bu gün Rusiya Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı gedən proseslərə müdaxilə etməsə, Azərbaycan bir həftəyə işğal edilmiş əraziləri tamamilə azad edər, öz hakimiyyətini bərpa edər. Azərbaycan ordusu buna qadirdir. Ermənistan hər hansı bir təxribata əl atarsa, Azərbaycan ordusu onun laiqli dərsini verməyə hazırdır”.

V.Quliyev bildirib ki, Azərbaycan dövləti ordu quruculuğu və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görüb və üzərinə düşən vəzifələri tam icra edib: “Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyevin daimi keçmiş zabit və əsgər heyətinin üzərində diqqət və qayğısı var. Şəhid ailələri və əlillər mənzil və avtomobillə təmin olunurlar. Onlara verilən müavinətlər mütəmadi olaraq artırılır. O cümlədən, şəhid ailələri və əlillər müəyyən imtiyazlara malikdirlər.

Azərbaycan Prezidenti ordudan xidmət edən və etmiş zabit və gizir heyəti ilə maraqlanır, onlara qayğı göstərir. Xidmətdə olan zabitlər daimi mənzillərlə təmin olunurlar. Şəxsi heyətin yaxşı yaşaması üçün dövlət əlindən gələni edir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »