Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan dəsrliklərində Azərbaycan və azəbaycanlılar - Ekspertlərdən açıqlamalar

Ermənistan dövləti cəmiyyətində Azərbaycanfob, türkfob, təcavüzkar siyasət təbliğ edir. Belə ki, beynəlxalq hüquq normalarını pozan Ermənistan dərsliklərində antitürk, antiazərbaycan təbliğatı aparır. Amma Azərbaycan dərsliklərində bu faktlar yoxdur. Təbii ki, Ermənistan dövlətinin, ordusunun Azərbaycana təcavüzü qeyd olunur, şəhidlər haqqında məlumatlar var, Xocalı faciəsi, ərazilərimizin işğalı ilə bağlı məlumatlar verilir

Ekspertlər bildirirlər ki, Azərbaycan dərsliklərində təqdim edilənlər tarixi faktlardır. Amma ermənilərə bir millət olaraq nifrət aşılayan hal yoxdur.

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş keçirilən Yüksək Səviyyəli İclasdaAzərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirib ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir: “Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Təhsil məsələləri üzrə ekspert Rafiq İsmayılov Bizimyol.info-ya bildirib ki, beynəlxalq hüquqi aktlara zidd olaraq Ermənistan dərsliklərində milli, dini, irqi, cinsi ayrı-seçkiliyi təbliğ edən ideyalar, mübahisə doğuran məlumatlar var: “Bu barədə beynəlxalq təşkilatların hüquqi sənədləri var. Ermənistan dərsliklərində olan irqçi, şovinist və “Azərbaycanofob” fikirlər beynəlxalq hüquqa daban-dabana ziddir. Bu məsələ beynəlxalq təşkilatların qarşısında qaldırılmalıdır. Azərbaycan dərsliklərində isə iki ölkə arasında olan hərbi

münaqişə ilə bağlı faktlara əsasən məlumat verilir. Biz haqlı olaraq Ermənistan dövlətinin işğalçı siyasəti ilə bağlı məlumat veririk”.

Tarixçi Şəhla Cabbarlı Bizimyol.info-ya bildirib ki, terror, qonşu xalqların mədəniyyətinin və dəyərlərinin qəsb edilməsi Ermənistanın dövlət siyasətinin bir parçasıdır: “Həmin siyasət onların sadəcə dövlət qurumlarını əhatələmir. Bu barədə həm evlərdə, həm məktəblərdə təbliğatlar aparırlar, orta məktəb dəsrliklərində də açıq yazırlar. Məsələn, Ermənistanın 7 və 8-ci siniflərinin tarix fənni üzrə dərsliklərində onlar özlərini Qafqazın ən qədim sakinləri hesab edirlər. Naxçıvan, Qarabağ və Gəncə də daxil olmaqla Şərqi Ermənistan göstərirlər. Maraqlıdır ki, hazırkı cənubi Azərbaycanın qərbi də Ermənistana aid edilib. İran dövləti isə bu fakta göz yumur.

Ermənistan dərsliklərində tarixi faktlar deyil, uydurma hadisələr təsvir olunur. SSRİ tarixşünaslığı kimi Ermənistan dərsliklərində türklərin Qafqaza XII əsrdən gəldiyi yazılır. Dərsliklərdə bunu düşmənin gəlişi, işğal kimi, erməni xalqının "əzilməsi", yurdlarından ayrı düşməsi kimi təsvir edirlər. Bundan əlavə Azərbaycan Səfəvi dövlətinin adı Ermənistanın tarix kitablarında İran dövləti kimi göstərilir, farslarla dostluqlarından bəhs edilir. Şah Abbası da fars hökmdarı kimi təqdim edərək, onlara İsfəhan və Tehranda kilsə tikmək icazəsini hörmətlə anır, İran dövlətinə sevgi aşılanır. Ümumiyyətlə, ermənilər orta məktəb dərsliklərində kilsə-din münasibətlərini çox qabardırlar. Kilsənin onlara verdiyi ruh, islamçı türklərə qarşı erməni xalqının arxasında durduğu aşılanır. Bu, anti-türk siyasəti ilə yanaşı, anti-islam siyasətidir.

Onların kitablarında Azərbaycan adı keçmir. Gəlmə türk, düşmən türk kimi göstərirlər bizi. 1827-ci ildə İrəvan ətrafında gedən döyüşlərdə ermənilərin qəhrəmanlıqla ruslarla birlikdə türklərə qarşı döyüşdüklərini böyük həvəslə anladır, yenə də kilsənin rolunu qabardırlar.

XX əsrin əvvələrini isə məlumdur ki, qondarma “soyqırım”ı həqiqətmiş kimi bir kitab boyu anlatmaqdadırlar. Türklərə nifrət, yerli kilsəsinin türklərə qarşı dirənişindən, eləcə də, Osmanlıda dövlət içərisində təmsil olunan ermənilərin onlara dəstəyindən bəhs edirlər. Bununla erməni birliyi, şovinizm siyasətini məktəblilərin zehninə yeridirlər. Ötən əsrin 80-ci illərinin

sonlarında Xankəndində, Şuşada olan mitinqlərini Qarabağ Azadlıq Hərəkatı adlandıraraq özlərini möhtəşəm, qəhrəman xalq kimi tanıdırlar. Xocalı soyqımını isə erməni xislətinə uyğun qəhrəmanlıq dastanı, düşmənlərin Qarabağdan qovulması, ermənilərin öz yurduna sahiblənməsi kimi uzun-uzadı yazmaqdadırlar.

Həmin dərslikləri oxuyanların bizə nifrəti o qədər böyük olur ki, dönüb Qarabağda, İrəvanda, Göyçədə dağıtdıqları tarixi abidələrə baxmırlar. Beləliklə, Ermənistan gənc nəsili nifrətlə böyüdən, məktəb vaxtından terrora sürükləyən, şovinizmi dəstəkləyən dövlətdir.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Bizimyol.info-ya bildirib ki, Azərbaycan dərsliklərində ermənilərin qəddarlığı ilə bağlı məlumatlar yoxdur: “Amma Ermənistanda “Türk sənin düşmənindir” ideologiyası dövlət səviyyəsində təbliğ edilir. Biz valideyn olaraq evimizdə, dövlət olaraq isə məktəblərdə bizə qarşı dəfələrlə soyrıqım hadisələrini törədənlər haqqında “erməni sənin düşmənindir” təbliğatını aparmırıq. Orta məktəb dəsrliklərində biz Ermənistanın işğalçılıq siyasətini fobiya kimi təqdim etmirik. Ermənistan dərsliklərində isə Azərbaycan ərazilərinə iddialar əks olunub.

Azərbaycan tolerant və multikultural ölkədir. Burada müxtəlif millətlər yaşayır. Humanizm siyasətini aparan Azərbaycanın isə ərazisi Ermənistan dövləti tərəfindən işğal olunub və bu dövlət işğalçılıq siyasətini davam etdirir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »