Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin sədrini tənqid edən milyarder sahibkara 18 il həbs cəzası verilib

Çin Xalq Respublikasının sədri Si Cinpini tənqid edən milyader sahibkar Jen Çjisyan korrupsiya və ictimai fondun vəsaitini mənimsəməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı bu ilin əvvəlində S.Cinpini və höküməti koronavirus epidemiyasının qarşısını ala bilməməkdə günahlandırıb.

Bildirilib ki, daşınmaz əmlak sahəsi ilə məşğul və hakim dairələrlə çox sıx əlaqəsi olan milyader bu ilin martında “yoxa” çıxmışdı. Bir müddət sonra onun korrupsiyada ittiham edildiyi məlum olub.

Jen Çjisyan ictimai fonddan 16 mln. ABŞ dolları mənimsəməkdə, cəmiyyətin etimadından sui-istifadə etməkdə təqsirli bilinib. Ona 620 000 ABŞ dolları məbləğində cərimə cəzası da kəsilib.

Mütəxəssislər bildirib ki, hökm rəmzi xarakter daşıyır. Onların fikrincə, bununla hakimiyyəti tənqid etməyin sahibkara baha başa gələ biləcəyi mesajı verilib.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »