Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərini xüsusi amansızlıqla qətlə yetirən qadının həbs müddəti uzadılıb

Bakıda ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

R.Sofiyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, ötən il iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. Cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən Rəna Sofiyeva həbs edilib.

Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.(apa)

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »