Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Tofiq Yaqublunun sentyabrın 28-də keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılmasına dair Bakı Apelyasiya Məhkəməsinin qərarını alqışlayıb.

“Report” AŞPA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycana dair həmməruzəçilər Rocer Qeyl (Böyük Britaniya) və Stefan Şennax (Avstriya), habelə Azərbaycan üzrə xüsusi məruzəçi Sunna Evarsdottir (İslandiya) birgə məlumat yayıb.

“Onun barəsində həbsin ev dustaqlığına dəyişdirilməsi yaxşı addımdır. Bu da Azərbaycan rəhbərliyinin Tofiq Yaqublu barəsində hökmlə bağlı qayğılarımızı nəzərə alaraq onun davasına Avropa Şurasının standartlarına uyğun ədalətli şəkildə yenidən baxılacağına bizdə ümid yaradır. Biz həmçinin Tofiq Yaqublunun aclığı dayandırmaq qərarından da məmnunuq”, - həmməruzəçilər söyləyiblər.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› Nazirlik anomal istilərlə bağlı xəbərdarlıq edib
Son xəbərlər
Bütün xəbərlər »